!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazaxda ər və arvad yol qəzasına düşərək yaralanıb

!Reklam – Yazi

Qazax rayonunda 2 avtomobilin toqquşması nəticəsində ər və arvad xəsarət alıb.

Yeniçağ.Az-ın “Report”a istinadən verdiyi məlumatına görə, hadisə rayonun Qazaxbəyli yolunda baş verib.

Qazax rayon sakini, 1967-ci il təvəllüdlü Abdullayev Yaşar Nəzər oğlunun idarə etdiyi “Oka” markalı avtomobil ilə “VAZ-21015″in toqquşması nəticəsində birinci maşının sürücüsü və həyat yoldaşı olan sərnişini, 1972-ci il təvəllüdlü Əbdülrəhmanova Elmira Əbdülrəhman qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra sürücünün vəziyyətinin orta-ağır, həyat yoldaşının vəziyyəti isə normal olduğu bildirilir. Digər avtomobildə xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Yeniçağ.Az

www.yenicag.az

653
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv