Qazaxda heroin satmaq istədi, tutuldu

Qazaxda heroin satmaq istəyən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1965-ci il təvəllüdlü Salman Lələyev saxlanılaraq polis şöbəsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman 14 qram çəkidə narkotik vasitə olan “heroin” aşkar olunaraq götürülüb.

İlkin dindirilmə zamanı S. Lələyev narkotik maddəni Qazax rayonuna satmaq üçün gətirdiyini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.