Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Qazaxda iki ədəd top mərmisi tapıldı - FOTO

Qazax rayonunun Ağköynək, Cəfərli və Aslanbəyli kəndləri ərazisində xeyli sayda döyüş sursatının tapılması barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) məlumat daxil olub.

ANAMA-dan Yenicag.az-a verilən məlumata görə, xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Qazax sərhəd dəstəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Qazax sərhəd dəstəsinin əməkdaşları tərəfindən birlikdə qeyd olunan tarixdə Ağköynək kəndinin ərazisinə baxış keçirilib, havanın qaranlıq olması nəzərə alınaraq, təhlükəsizliyin təmin edilməsi məqsədilə Cəfərli və Aslanbəyli kəndləri ərazisində əməliyyat-axtarış tədbirləri davam etdirilib, nəticədə Cəfərli kəndi ərazisində əkin sahəsinə baxış keçirilib.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazi Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 85 mm-lik top mərmisi (BR-365K) və 1 ədəd 100 mm-lik top mərmisi (PS-34) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin ətrafında 1,600 kv.m əraziyə yerüstü, 200 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

www.yenicag.az

2388