Qazaxda iki maşın toqquşdu, 1 nəfər öldü, 6-sı yaralandı

Bakı-Qazax-Gürcüstan yolunda ağır yol qəzası baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə yolun Qazax rayonunun Çaylı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Ağır yol qəzası nəticəsində 1 nəfərin öldüyü, 6 nəfərin isə yaralandığı məlum olub. Qəza iki avtomobilin toqquşması nəticəsində baş verib.