Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qazaxda iki “VAZ” toqquşdu – Ölən və yaralananlar var

masin-toqqusd30Bakı-Qazax-Gürcüstan magistral yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında magistral yolun 496-ci kilometrliyində, Qazax rayon ərazisində qeydə alınıb. “VAZ – 2106” və “VAZ – 2107” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb, 2 nəfər isə ağır bədən xəsarətləri ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə aparılıb. Ölən şəxsin Tovuz sakini, 1988-ci il təvəllüdlü Ceyhun Əliyev olduğu müəyyənləşib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

www.yenicag.az

263