Qazaxda karantin qaydalarını pozan 9 nəfər müəyyən edildi

Qazax rayonunda xüsusi karantin rejiminin qaydalarını pozan doqquz nəfər aşkar edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Qazax rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabinetinin 451 nömrəli, 19 noyabr 2020-ci il tarixli qərarına əsasən koronavirus infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, respirator və sair) istifadənin məcburi olduğu halda, 28 və 30 noyabr 2020-ci il tarixlərində Qazax rayon polis şöbəsindən rayon prokurorluğuna daxil olmuş materiallardan ümumilikdə doqquz nəfər şəxs tərəfindən bu tələbin pozulduğu müəyyən edilib.

Qazax rayon prokuroru tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən inzibati xəta haqqında işlər üzrə icraatın başlanılmasına dair müvafiq qərarlar qəbul edilməklə, toplanmış materiallar inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün aidiyyəti üzrə rayon polis şöbəsinə göndərilib.

COP29