Qazaxda lotereyadan 425 364 manatlıq cekpot uduldu

Ölkənin qanuni və yeganə lotereya təşkilatçısı “Azərlotereya”nın tarixində növbəti cekpot qazanılıb. 

Yenicag.az xəbər verir ki, “Azərlotereya”nın 24406-cı tirajında “Meqa 5/36” lotereyasında 425 364 manatlıq cekpot udulub. Cekpotun udulma xəbəri Xəzər TV-də canlı yayımda elan edilib. Şanslı qalib Qazax şəhərindən olub.

 

“Meqa 5/36” tirajlı lotereyasında hazırda minimum cekpot məbləği 50 759 manatdır.

Tirajlı lotereya biletlərini “Azərlotereya” satış nöqtələri, “Misli” məntəqələri və “Azərpoçt” şöbələrindən əldə etmək mümkündür.

Hər gün saat 19:45-də “Xəzər TV”, eləcə də “Azərlotereya TV” yutub kanalında canlı yayımlanan “Super Keno”da 1 000 000 manat böyük uduş, həftənin 1, 3, 5 və 6-cı günləri isə “4+4” oyununda 300 000 manatdan böyük cekpota sahib ola bilərsiniz. Eyni zamanda, “Meqa 5” oyununda hər gün 1 000 manat uduş şanslı qalibini gözləyir.

Qeyd edək ki, 18 yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyunlarında iştirak edə bilərlər.

COP29