Qazaxda nişan mərasimi etmək istəyən şəxslər saxlanıldı – FOTO

İyul ayının 3-də Qazax Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən “Sərin Göl” restoranında nişan mərasimin keçirliməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, dərhal RPŞ-nin əməkdaşları adıçəkilən restorana gələrək nişan mərasimini dayandırıb, obyekt sahibi və digər qonaqlar saxlanlıraq polis şöbəsinə gətirilib.

Şöbədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, rayon sakini Tahir Muradov əvvəlcədən obyektin sahibi, əvəllər məhkum olunmuş, Tahir Novruzov ilə danışaraq restoranda nişan mərasimi keçirmələri barədə razılığa gəliblər.

15 nəfər məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib. Restoran sahibi T. Novruzov barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protocol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.