Qazaxda qadın dəm qazından zəhərləndi

Qazaxda zəhərlənmə faktı qeydə alınıb.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Xanlıqlar kəndində baş verib.

1978-ci il təvəllüdlü S.Məmmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Pasientə tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.