Qazaxda üç avtomobil toqquşdu

загруженное (4)Qazaxda biri avtobus olmaqla üç avtomobil toqquşub.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Türkiyə vətəndaşı, 1962-ci il təvəllüdlü Yılmaz Toprağın idarə etdiyi sərnişin avtobusu Qazax rayon sakini, 1992-ci il təvəllüdlü Süleyman Cəfərovun idarə etdiyi “Niva” markalı avtomobillə toqquşub. Sonra avtobus yolun kənarında dayanan, Qazax rayon sakini, 1952-ci il təvəllüdlü Tahir İsmayılova məxsus “VAZ-2107″yə dəyərək onu dərəyə aşırıb.

Qəza nəticəsində “Niva”nın sürücüsü Süleyman Cəfərov və onun sərnişini, 1978-ci il təvəllüdlü Ramin Qasımov müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar. Xəstəxanadan yaralıların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Loading...