Qazaxda yanğın hadisəsi baş verdi

Qazax rayonunun Daş Salahlı kəndində yanğın baş verib.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 100 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 3 m² sahədə yanıb.

Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.