Qazaxda yeniyetmə itkin düşdü – FOTO

Qazaxda yeniyetmə oğlan itkin düşüb.

Yenicag.az xəbər verir ki, 2006-cı il təvəllüdlü rayon sakini Sadıqov Rəvan Anar oğlu sentyabrın 26-da evdən çıxıb və geri qayıtmayıb.

O, evdən çıxan zaman əynində boz şalvar, qara ayaqqabı, ağ köynək və göy jaket olub. Boyu 1 metr 50 sm-dir. Gözünün rəngi qaradır, sağ əlinin üstündə yanıq var.

Həmin şəxsi görənlər DİN-in 102 Xidmətinə və Qazax Rayon Polis Şöbəsinə müraciət edə və ya bu nömrələrlə əlaqə saxlaya bilərlər:

0503920221

0553352955

0222951497