“Yaxın 3 ayda Qazaxın 7 kəndinin Azərbaycana təhvil veriməsi baş tutacaq”.
Bunu Ermənistanın Tavuş bölgəsindən Azərbaycana torpaq verməyə hazırlaşması və Qazax rayonunun işğalda olan 7 kəndi ilə bağlı iddialara münasibət bildirən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.
Araz Əlizadə bildirib ki, Qazax rayonunun 7 kəndi Azərbaycana məxsusdur və bu dəyişməz olaraq da qalacaq:
“Bu heç kəsdə şübhə oyatmamalıdır. O kəndlər Azərbaycanın ayrılmaz hissəsidir. Düşünürəm ki, yaxın zamanda bu məsələ də öz həllini tapacaq”.
Səxavət Məmməd