!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazaxıstan AİB-ə üzvlükdən zərərli çıxır - Qazax ekspert

!Reklam – Yazi

Moskva ilə Astana arasındakı iqtisadi disbalans Rusiyaya qarşı həyata keçirilən sanksiyalarla daha da dərinləşir.

Bunu Yenicag.ru-ya qazax ekspert Dulatbek Kıdırberkulı, Avrasiya İqtisadi Birliyinin iqtisadi vəziyyətini şərh edərkən deyib.

“AİB təşkilat kimi fəaliyyətini davam etdirir. Tərəflər mütəmadi olaraq ticarət məsələlərini müzakirə edirlər. O ki qaldı, Qazaxıstanın iqtisadiyyatına təsirinə, burada biz fərqli və ziddiyətli hadisələrin şahidi oluruq”, – deyə ekspert vurğulayıb.

Qazaxıstanın AİB üzvlüyündən nə qazandığı sualına cavab verən Kıdırberkulı “ilk növbədə təcrübə” deyə qeyd edib:

“Bəli, ölkə, Rusiya mallarının axını ilə əlaqədar çətinlik çəkir. Qazaxıstan mallarının Rusiyadakı payı cüzidir. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar səbəbindən, disbalans və qeyri-bərabərlik qəlizləşir. Lakin, Qazaxıstan artıq öz malları uğrunda mübarizə aparmağı öyrənib. Bu təbii prosesdir”.

Qazaxıstan və Qırğızıstan arasındakı münasibətləri şərh edən politoloq iki ölkə arasındakı konfliktin siyasi yük daşıdığını deyib:

“Bu artıq ticari-iqtisadi əməkdaşlığa mənfi təsir göstərib. Əgər ölkəyə yeni rəhbərin gəlişi ilə münasibətlər düzəlməsə, zərər daha da çox olacaq. Hazırda bölgədə sabitliyin pozulmasına dair təhlükə qalmaqdadır. Qırğızıstandan başqa digər ölkələrdə sakitlik hökm sürür. Mirziyeyevin gəlişi ilə Özbəkistan əminliklə bütün ölkələrlə əməkdaşlığa başladı. Bu, müəyyən dərəcədə vəziyyətin sabitləşməsinə gətirib çıxarır”.

www.yenicag.az

1395
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv