“Bütün qonşular Rusiyanın hədəfindədir”.
Bu sözləri Rusiya ilə Qazaxıstan arasındakı gərginlik və bu gərginliyin hansı yöndə inkişaf edəcəyini şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.
Zərdüşt Əlizadə bildirib ki, Rusiyanın hazırda Qazaxıstanla müharibə aparmaq gücü yoxdur:
“Rusiyanın başı Ukraynaya qarışıb. Orada nə olacağı sual altındadır. Bəzi ekspertlər Rusiyanın uduzacağını, bəziləri isə qalib gələcəyini deyirlər. Qeyri-müəyyən vəziyyət yaranıb. İndiki halda Qazaxıstan Rusiyanın hədəfində deyil. Əslində, bütün qonşular Rusiyanın hədəfindədir ancaq hələlik Rusiya zəifdir. Ona görə də Qazaxıstan üçün hələlik təhlükə yoxdur.
Qazaxıstan neftinin Rusiya vasitəsi ilə ixracının qarşısı alınıb. Bu ona gətirəcək ki, Qazaxıstan Azərbaycan vasitəsi ilə neftinin nəqlini sürətləndirəcək”.
Səxavət Məmməd