Qazaxıstan Dəmir Yolları şirkəti “Azərbaycan Dəmir Yolları” QSC-yə vaqon dəstəyi göstərəcək.
Yenicag.az xəbər verir ki, bunu Bakıda keçirilən “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Ümumi Yığıncağı zamanı Assosianın baş katibi Qaydar Abdikerimov deyib.
“Bugünkü iclasda icra hakimiyyəti orqanının təşkilati məsələləri, TBNM (Orta Dəhliz – red.) marşrutu üzrə vaqonlar fondunun formalaşdırılması , o cümlədən “Qazaxıstan Temir Yolu” Milli Şirkətinin Azərbaycan və Gürcüstan Dəmir Yollarına vaqon dəstəyinin göstərilməsi məsələlərinə baxılacaq”, – Qaydar Abdikerimov deyib.
Onun sözlərinə görə, TBNM Çərçivəsində 3 332 min. ton yük daşınıb.