Qazaxıstan Boks Federasiyası Beynəlxalq Boks Assosiasiyasından (IBA) çıxmaq istəyir.
Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstan Boks Federasiyasının prezidenti Şahmurat Mutalip bildirib.
Bu, Qazaxıstanın yeni yaradılmış Beynəlxalq Boks Federasiyasına üzv olmaq istəyi ilə əlaqələndirilir. Bunun səbəbi isə 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməkdir.