!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qazaxıstan faktik olaraq, Rusiyanın müstəmləkəsidir” – Nurlan Saltayev

!Reklam – Yazi

“Qazaxıstanda hələ də dekolonizasiya – yəni müstəmləkə vəziyyətindən çıxmaq prosesi baş verməyib”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Qazaxıstanda keçirilmiş prezident seçkilərindən sonra yaranmış vəziyyəti dəyərləndirən müstəqil ekspert və bloqer Nurlan Saltayev deyib.

– Sizcə, Tokayevin prezident seçilməsindən sonra Qazaxıstanın xarici siyasətində hansı dəyişikliklər baş verəcək?

– Heç bir dəyişmə olmayacaq, Belə ki, Tokayev Nazarbayevin prezidentliyi dövründə xarici işlər naziri vəzifəsini yerinə yetirirdi. Tokayev varisliyini rəsmi olaraq elan etdi. Əsas məsələ odur ki, Qazaxıstanda hələ də dekolonizasiya – yəni müstəmləkə vəziyyətindən çıxmaq prosesi baş verməyib. Ona görə də Qazaxıstan faktiki olaraq Rusiyanın müstəmləkəsidir. Qazaxıstan Rusiya ilə sərhəddə ehtiyatlı siyasət yürüdür. Qazaxıstan əhalisinin 30 faizini təşkil edən ruslar yaxın keçmişdə keçirilən statistikaya görə, artıq 60 faiz təşkil edirlər. Ehtiyatlı siyasətin nəticəsində Rusiya Qazaxıstanın şimalında Ukrayna, Moldova və Gürcüstandakı kimi müharibəyə başlamadı. Nəticədə isə Qazaxıstan Gömrük İttifaqına üzv olmaqla suverenliyini itirdi.

– Qazaxıstanın Azərbaycan və Türkiyə ilə sıx iqtisadi-siyasi münasibəti var. Nazarbayevin dövründə bu əlaqələr daha da möhkəmləndirildi…

– Nazarbayevin prezidentliyi dövründə Azərbaycan və Türkiyə ilə olan münasibətlər heç də inkişafa doğru irəliləmirdi. Bu təxribata əsaslanan məlumatlardır. Əksinə, inkişaf get-gedə daha çox Rusiyaya meyillənirdi: ümumi gömrük qanunvericiliyinin qəbulu, idxal-ixracın, eyni zamanda, işçi qüvvəsinin sərhəddən keçidinin sərbəstləşdirilməsi və sair…

– Tokayevin hakimiyyəti dövründə Qazaxıstanın adları qeyd olunan dövlətlərlə və ümumilikdə Türk dünyası ilə siyasəti necə olacaq?

– Qazaxıstanın Azərbaycan və Türkiyə ilə olan siyasəti dəyişməyəcək.

– Sizcə, Türk dünyasının birləşərək hərbi-siyasi ittifaq yaratmaq potensialı var?

– Türk dünyasının birləşməsi tarixi ehtiyacdır. Belə ki, Rusiya və Çinin türk ölkələrinə qarşı hərbi, iqtisadi və mədəni təzyiqi nəticəsində bir neçə onillikdən sonra tatarlar, başqırdlar, uyğurlar və başqaları soyu kəsilən xalqlar sırasına əlavə olunacaqlar. Onların taleyini qırğız və qazax xalqı da bölüşəcək. Hərbi-siyasi ittifaqdan öncə iqtisadi ittifaq yaratmaq zəruridir. Bunun üçünsə, Cənubi Azərbaycandan – Şimali İran, Təbriz və Ərdəbildən keçən nəqliyyat dəhlizi yaratmaq lazımdır. Yüklərin bu yol vasitəsilə İstanbuldan Mərkəzi Asiyaya daşınması, Moskvadan gələn daşınma yolundan daha ucuz başa gələcək. Bu, o deməkdir ki, brend mallar İstanbul vasitəsilə bizə çatdırılacaq və faizlər əlimizdən çıxmayacaq. O zaman türklər yeganə ticarət bazarı yaratmış olacaqdılar. Müştərək logistik sistem – türk xalqlarını mədəni cəhətdən birləşdirən, Kiprdən Şimal Buzlu okeanına qədər uzanan, daha real desək, İstanbuldan Altaya qədər uzanan böyük kəmərdir. Kəməri xatırladan yol vasitəsilə hərbi qüvvələri hərəkət etdirmək də mümkün olar. Beləliklə, Çinin Şərqi Türküstanda yaratdığı düşərgələrdə türk xalqlarını məhv etməsinin qarşısını almaq olar.

Qafqaz Ömərov

www.yenicag.az

1874
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv