Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Qazaxıstan millisini aparan təyyarə Yerevanda məcburi eniş etdi

Qazaxıstanın futbol üzrə milli komandasının olduğu təyyarə martın 27-də səhər saatlarında Yerevanda məcburi eniş edib.

TASS xəbər verir ki, bunu qazaxıstanlı jurnalist Yerbol Kairov Twitter səhifəsində yazıb.

O qeyd edib ki, təyyarə Yerevan hava limanından havaya qalxdıqdan az sonra təcili eniş edib. Buna səbəb kimi təyyarənin şassilərinin nasaz olması göstərilib.

Qeyd edək ki, Qazaxıstanın milli komandası 2018-ci il Dünya çempionatının seçmə qrup mərhələsində növbəti oyunda Yerevanda Ermənistan yığmasına 0:2 hesabı ilə uduzub.

Beş oyundan sonra qazaxstanlılar E qrupunda iki xalla altıncı-sonuncu yeri tuturlar. Ermənistanın aktivində altı xal var və o üçüncü pillədədir.

Yeniçağ.az

www.yenicag.az

79