Qazaxıstan prezidenti Azərbaycana səfər edəcək

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfərinin vaxtı məlum olub.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, N. Nazarbayev aprelin 2-3-də Azərbaycanda rəsmi səfərdə olacaq.

Səfər zamanı iki ölkə arasında 4 sənədin imzalanması nəzərdə tutulur.

Yeniçağ.Az