Qazaxıstan prezidenti Putinlə görüşəcək

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Soçiyə gedib. O, rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Prezident Qasım-Jomart Tokayev Soçiyə işgüzar səfərə gəlib. Səfər çərçivəsində dövlət başçısının Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşü keçiriləcək”, – deyə mətbuat xidmətindən bildirilib.

Bildirilir ki, Rusiya və Qazaxıstan prezidentləri Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin gələcək inkişafı məsələlərini müzakirə etməyi planlaşdırırlar. Tərəflər həmçinin inteqrasiya birliklərində, o cümlədən Qazaxıstanın bu il sədrlik edəcəyi MDB məkanında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.