Qazaxıstan reanimasiyada olanların sayını açıqladı

Aktau yaxınlığında baş verən təyyarə qəzası zamanı yaralananlardan 6-sı reanimasiyadadır.

Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstanın Mangistau vilayət administrasiyasından məlumat verilib.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən Azərbaycan Hava Yollarına məxsus təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.