Qazaxıstan sakinlərinə gələn mesaj hər kəsi təşvişə salıb.
Yenicag.az Qazaxıstan mediasına istinadla xəbər verir ki, ötən günlərdə anomal hava şəraiti ilə bağlı Şimali Qazaxıstan sakinlərinə xəbərdarlıq mesajı göndərilib. Mesajda -380°C şaxta ilə bağlı xəbərdarlıq edilib.
Mesajı alan sakinlər çaşqınlıq içərisində qorxuya düşüblər.
Məsələyə aydınlıq gətirilib. Məlum olub ki, kütləvi şəkildə göndərilən “qorxulu” mesaj texniki səhvlə bağlı olub. Yəni -38 dərəcə əvəzinə, -380 dərəcə şaxta göstərilib.
Xuraman Etibarlı