Qazaxıstan sülhməramlıların sayını artıracaq

Qazaxıstan Müdafiə Nazirliyi sülhməramlı hərbçilərin sayını artırmağı planlaşdırır.

Yenicag.az xəbər verir ki, bu məqsədlə “İliyski” poliqonunda gənc hərbçilərə təlimlər keçirilir.

Qazaxıstan 2018-ci ildə ilk dəfə BMT-nin sülh və təhlükəsizliyin qorunması missiyasına qatılmaq üçün Livana 120 sülhməramlı qüvvə göndərib. Ölkə konstitusiyasına əsasən, hərbçilər problemli bölgələrə yalnız parlamentin icazəsi ilə göndərilə bilərlər./AZƏRTAC/

COP29