Qazaxıstan tengesi də devalvasiyaya uğradı

tenge_esasQazaxıstanın milli valyutası olan Tengenin kursu tarixi minumumunu yeniləyib.

Yerli fond birjalarında bu gün səhərə olan ticarət sövdələşmələri başa çatıb. Nəticələrə əsasən, tengenin orta hesablanmış məzənnəsi öz tarixi minumunu yeniləyib. Belə ki, tenge 351,85 dollara qədər ucuzlaşıb.

Qeyd edək ki, ötən günkü ticarət sövdələşmələrinə görə dollar 344,68 tengeyə bərabər olub. Tengenin kursunun aşağı düşməsi dünya birjalarında neftin ucuzlaşması və Çin yuanının devalvasiyası ilə bağlıdır. Belə ki, Brent markalı neftin qiyməti 2014-cü ilin aprelindən etibarən ilk dəfə 33 dollardan aşağı düşüb.

Xatırladaq ki, tengenin bundan öncəki antirekordu 2015-ci il, dekabrın 21-də müəyyənləşdirilmişdi. Bu zaman dollar 349,12 dollara barəbər olmuşdu.(Aznews)