Qazaxıstan və Azərbaycan hərbi kəşfiyyatla bağlı saziş imzalamağa hazırlaşır.
Yenicag.az xəbər verir ki, razılaşma layihəsi Qazaxıstanın normativ hüquqi akt layihələri hökumət portalında dərc edilib.
Layihə əsasən, iki ölkə müdafiə sektorunda hərbi kəşfiyyat sahəsində əməkdaşlıq haqqında saziş layihəsini imzalamağa hazırlaşır.
Sazişin həyata keçirilməsi üçün Qazaxıstan büdcəsində Müdafiə Nazirliyinə ayrılan vəsaitin bir hissəsi nəzərdə tutulub.