Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Qazaxıstanda 4 min nəfər həbs olunub, 300 polis xəsarət alıb – Nazirdən açıqlama

Qazaxıstanda keçirilmiş növbədənkənar prezident seçkilərindən sonra baş verən iğtişaşlar zamanı minlərlə vətəndaşın həbs edildiyi bildirilir.

Yenicag.az news-asia.ru-ya istinadən xəbər verir ki, Qazaxıstanın daxili işlər naziri Yerlan Turqumbayev iğtişaşlar nəticəsində həbs olunan və xəsarət alanların sayını açıqlayıb.

Nazirin sözlərinə görə, həbs olunanlar sərbəst toplaşmaq azadlığı haqqında qanunu pozduqlarına görə tutulublar: “Aksiyalara çıxan vətəndaşlar “Mitinq, yürüş və nümayiş haqqında” qanunu pozublar.

Nümayişlərin ilk günündə beş yüz nəfər saxlanılıb, növbəti günlərdə onların ümumi sayı dörd minə qədər artıb. İştişaşlar nəticəsində üç yüzə qədər polis əməkdaşı da xəsarət alıb. Onlardan altı nəfəri hələ də xəstəxanada müalicə olunur. Qanunvericiliyə əsasən, kütləvi tədbirlərin təşkilindən əvvəl zəruri hüquqi prosedurlara əməl olunmalıdır”.

Nazir aksiya iştirakçılarına qarşı qeyri-adekvat güc tətbiqi haqda iddiaları təkzib edib.

www.yenicag.az

3202
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM