!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazaxıstanda baş verənlərin PƏRDƏARXASI: "Rusiya , yoxsa "məxməri inqilab"..." - Sabiq dövlət müşaviri

!Reklam – Yazi

“Əgər baş verənlər Rusiya ilə birgə Tokayevin planı idisə, bu gələcəkdə hadisələrin yeni formada coşa biləcəyi ehtimalını artırır. Nazarbayevin başına bir iş gələrsə, xalq Tokayevi çətin bağışlasın”.

Bunu Qazaxıstanda baş verənlər, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qüvvələrinin ölkəni tərk etməsi və bundan sonra baş verəcək proseslərə münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Qazaxıstanda baş verənlər Rusiya ilə qırılmaz surətdə bağlıdır:

“Qazaxıstanda baş verənlərə başqa “don” geyindirməyə çalışırlar. Bunun “məxməri inqilab” olması və Ukraynadan idarə edilməsi barədə fikirlər səsləndirilir. Əgər belə idisə, baş verən proseslərdən, xüsusilə KTMT-nin Qazaxıstana girməsindən sonra Nazarbayev niyə vəzifəsindən kənarlaşdırıldı? Onun vəziyyəti ilə bağlı doğru-dürüst məlumat yoxdur. Nursultan Nazarbayevin yaxınları, qohumları bir-bir vəzifədən uzaqlaşdırılır. Baş verənlərin arxasında Rusiyanın olduğunu düşünürəm. Tokayevin də Rusiya ilə birlikdə hərəkət edərək, Nazarbayevin kölgəsindən çıxmağa çalışdığını görmək mümkündür. Mitinqlər zamanı dövlət əleyhinə çıxışlar da səsləndirilirdi. Ancaq bunun “məxməri inqilab” olmasını söyləmək çox çətindir. Orada Rusiya xüsusi xidmət orqanlarının hazırladığı əməliyyatlar daha çox nəzərə çarpır. Həlak olan insanların bir qismi də KTMT sülməramlıları tərəfindən öldürüldülər. Sonradan da Rusiya ölkədən çıxdı. Bununla da Qazaxıstandakı hadisələrə nöqtə qoyulduğunu söyləmək çətindir. Əgər “məxməri inqilab” var idisə, onun bütün təzahürlərini yox etmək mümkün olmayacaq və yəqinki də olmadı”.

Səxavət Məmməd

www.yenicag.az

418
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv