!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazaxıstanda baş verənlərin PƏRDƏARXASI: "Rusiyanın Qazaxıstana girməməsi axmaqlıq olardı" - POLİTOLOQ

!Reklam – Yazi

“Qazaxıstanda baş verən hadisələrin təməlində o ölkədə hökmranlıq edən ədalətsizlik durur”.

Bu sözləri Qazaxıstanda baş verən hadisələrə münasibət bildirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, Rusiyanın Qazaxıstana girməməsi axmaqlıq olardı:

“Qazaxıstanın sərvəti ixracdan gəlir – Neft, qaz, metal, buğda. Sərvətlərdən gələn pulların əsas hissəsi yuxarılara çatır, aşağılar isə əsasən kasıb yaşayır. Orta təbəqə isə kifayət qədər müstəqil deyil. Onlar da görürlər ki, ümumxalq sərvəti ədalətsiz bölünür. Bütün bu hadisələrin təməlində ədalətsizlik durur. Ədalət olsa camaat dəli olmayıb ki, çıxsın küçələrə, dağıtsın, yandırsın. Hadisələr Qazaxıstanda ədalətli seçki ənənəsi olmadığı üçün barbar xarakter daşıdı. Hakimiyyətdə olan qüvvə həmişə seçkiləri saxtalaşdırıb. Ona görə də, xalq bilir ki, seçkiyə gedib səs versə, başqa bir adamı seçsə həmin adamdan öz etimadının bədəlini tələb edə bilməz. Ona görə də, bu üsulu seçiblər. Hakimiyyəti dəyişməyin yolunun dağıtmaqdan, yandırmaqdan keçdiyinə inanırlar. Avtoritar ölkələrdə seçki mexanizmi hakimiyyətin dəyişməyi üçün səmərəsiz olduğundan iş keçir ölüb-öldürməyə. Nursultan Nazarbayev rəsmən hakimiyyətdən gedəndən sonra əslində hakimiyyəti əlində saxlamışdı. Özü təhlükəsizlik şurasının sədri idi və bütün dövlət aparatı onun adamı idi. Kasım Cömərt Tokayev dövlət aparatına nəzarət edə bilmirdi. Nursultan Nazarbayev öz ölkəsi üçün böyük işlər görüb. Ancaq bununla bərabər ətrafında ölkəni qarət edən bir zümrə formalaşdırıb. Xalq da bundan cana yığılmışdı.

Xalqın bu addımından istifadə edən Tokayev təhlükəsizlik şurasının ömürlük sədri olan Nursultan Nazarbayevi qanunsuz vəzifəsindən kənarlaşdırdı. Onun qohumlarını, tanışlarını vəzifədən təmizləməyə başladı. Bu da ona görə idi ki, Tokayev öz mövqeyini möhkəmləndirdi.

Rusiya mövcud vəziyyətdən istifadə etdi. İstifadə etməsə axmaqlıq edərdi. Rusiya gördü ki, qaraguruh icra hakimiyyətlərinə hücum çəkib, qurumların binalarını yandırıblar, 1 hərbçi, 8 polis öldürüb, əllərinə silah keçiriblər. O şəxslər artıq etirazçı yox, quldur, terrorçudur, əllərində silah dövlətə qarşı çıxış edirlər. Onları əzmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) dəvət etdilər. Qazaxıstanın silahlı qüvvələri etirazçılara qarşı fəaliyyət göstərir”.

Hadisələrin hansı istiqamətdə cəryan edəcəyinə gəldikdə isə, politoloq bunları deyib:

“Əminəm ki, Ukrayna Maydanı təkrar olmayacaq. Vəziyyətdən faydalanmaq istəyən xaricdə yaşayan Qazaxıstanın keçmiş baş nazirləri var, zamanında onlar hakimiyyətə iddialı idilər. İndi onlar “biz də varıq” deyirlər. Düşünürəm ki, bu alınacaq məsələ deyil. Hesab edirəm ki, sabah etirazlar yatırdılacaq”.

Səxavət Məmməd

www.yenicag.az

487
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv