Qazaxıstanda güclü zəlzələ baş verib

Qazaxıstanın Şərqi Qazaxıstan vilayətində 6.2 maqnitudalı zəlzələ baş verib.

Virtualaz.org “Tengrinews” agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Almatı şəhərindən 863 km şimal-şərqdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Yeniçağ.az