Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Qazaxıstanda hərbi hissədə dəhşətli partlayış - Ölən və yaralananlar var - VİDEO/Yeniləndi

Qazaxıstanın Arıs şəhərində hərbi hissədəki silah-sursat anbarında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 71 nəfər xəsarət alıb.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev partlayış baş verən yerə gedib.

***

11:30

Qazaxıstanın cənubunda hərbi hissələrdən birinin sursat anbarında partlayış baş verib. 

Yenicag.az xəbər verir ki, partlayışdan sonra anbarda yanğın başlayıb.

Ölən və ya yaralananlar barədə məlumat verilməyib.

Hərbi hissəyə yaxın yaşayış məntəqəsindən sakinlər təxliyə edilir.

Qazaxıstan Daxili İşlər Nazirliyinin fövqəladə hallar üzrə komitəsinin rəsmi nümayəndəsi Nursultan Nurəhmədov sakinlərin Arısdan Şımkəndə təxliyə edildiyini qeyd edib.

Hazırda yanğının qarşısının alınması istiqamətində iş aparılır. Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

2976