!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazaxıstanda hərbi təyyarə qəzası - Ölənlər var

!Reklam – Yazi

Qazaxıstanda Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidmətinə məxsus An-26 təyyarəsi qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, Nur Sultan-Almatı istiqamətində uçan hərbi təyyarə bu gün yerli vaxtla saat 17:22-də radarlardan itib. Təyyarənin Almatı aeroportuna eniş edərkən qəzaya uğradığı bildirilir. Hadisə yerində yanğınsöndürən və xilasedici dəstələr, həmçinin təcili tibbi yardım briqadası işləyir.

İlkin məlumata görə, təyyarənin göyərtəsindəki 6 nəfərdən dördü həlak olub, yaralanan iki nəfər xəstəxanaya yerləşdirilib.

www.yenicag.az

382
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv