Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qazaxıstanda iki nazir dövlət dilini öyrənəcəklərinə vəd veriblər

“Qazax dilini öyrənmək üçün həftədə üç dəfə kursa gedirəm”.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, bunu Qazaxıstanın ədliyyə naziri Marat Beketayev bildirib.

İnformasiyaya əsasən, nazir mətbuata açıqlama verərkən jurnalistlərin bəzi suallarını qazax, digərlərini isə rus dilində cavablandırıb. Bundan sonra jurnalistlər ona “suallara Qazaxıstanın dövlət dili olan qazaxca nə vaxt cavab verəcəksiniz” sualını ünvanlayıblar. Ədliyyə naziri qazax dilində danışmaqda çətinlik çəkdiyini etiraf edib: “Bir il ərzində tam öyrənəcəyəm. Hazırda qazax dilini öyrənmək üçün həftədə 3 dəfə kursa gedirəm. Aula gedəndə sakinlər və qohumlarımla qazax dlində danışıram”.

Məlumata görə, Qazaxıstanın milli iqtisadiyyat naziri Timur Süleymanov da bu ilin yanvarında dövlət dilini 6 aya öyrənəcəyini vəd vermişdi. Bu il o, Məclisin toplantısında deputatların suallarına dövlət dilində cavab verməyə çətinlik çəkib.

Yeniçağ.Az

www.yenicag.az

368