!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazaxıstanda ilk koronavirus faktı - 2 nəfər yoluxdu

!Reklam – Yazi

Qazaxıstanda iki nəfərdə koronavirus aşkarlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstanın səhiyyə naziri Elcan Birtanov məlumat verib.

Paytaxt Nur-Sultanda keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran nazir Almaniyadan gələn iki nəfərdə koronavirus aşkarlandığını bildirib.

“Koronavirusun ölkəyə gəlməsinin qarşısını almaq üçün son üç ayda çox əmək sərf etdik. Ancaq təəssüflə qeyd etmək məcburiyyətindəyəm ki, Almaniyadan qayıdan iki vətəndaşımızda koronavirus tapılıb. Onların analizlərinin nəticəsi müsbət çıxıb”.

Birtanov həmçinin qeyd edib ki, koronavirus aşkarlanan şəxslərin vəziyyəti normaldır və artıq onların müalicəsinə başlanılıb.

Qeyd edək ki, Türkiyədə 2, Şimali Kipr Türk Cumhuriyyətində isə 5 nəfərdə koronavirus aşkarlanıb.

Aqil Bəkir

www.yenicag.az

521
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv