Qazaxıstanda koronavirusa yoluxanların sayı 45 mini ötdü

Qazaxıstada  koronavirusa yoluxanların ümumi sayı 45 719 nəfər çatıb.

Yenicag.az xəbər verir ki, yoluxma hallarının 1 072-si simptomsuzdur.

Ötən sutka ərzində yeni növ koronavirusa daha 1 644 nəfər yoluxub.

Yeni yoluxma halları Nur Sultan (71), Almatı (114), Çimkənd (101) şəhərlərində, Akmolinsk (42), Akyubinsk (41), Almatı (117), Atırau (377), Şərqi-Qazaxıstan (152), Jambıl (82), Qərbi-Qazaxıstan (110), Karaqanda (76), Kostanay (52), Qızılorda (37), Mnqistausk (114), Pavlodar (52), Şimali-Qazaxıstan (19), Türküstan (71) vilayətlərində qeydə alınıb.