Qazaxıstanda mədən qəzası baş verdi: 7 nəfər dağıntılar altında qaldı

Qazaxıstanın Ulıtau şəhərində yerləşən “Comart” mədənində çökmə baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 16:50-də baş verən çökmə nəticəsində dağıntılar altında 7 mədənçi qalıb.

Əraziyə çox sayda xilasedici cəlb edilib. Uçqunun altında qalan mədənçilərdən hələlik heç bir xəbər yoxdur.