Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Yenicag.az-ın məlumatına görə, seçkilər iyunun 9-da baş tutacaq. Bu barədə məlumatı prezident vəzifələrini müvəqqəti icra edən Kasım-Comart Tokayev yayıb.
Qeyd edək ki, Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev bu il mart ayının 20-də istefa verib.