Qazaxıstanda ölüm hökmü ləğv edildi

Qazaxıstanda ölüm hökmü ləğv edilib.

Yenicag.az xəbər verir ki,  bu barədə ölkənin Xarici İşlər Nazriliyi bəyanat yayıb.

Qazaxıstanın BMT-nin mənzil-qərargahındakı daimi nümayəndəsi Kayrat Umarov ölüm hökmünün ləğv edilməsi barəsində protokol imzalayıb.

Qeyd edək ki, Qazaxıstan 2003-cü ildən ölüm hökmünə müddətsiz moratorium qoymuşdu. 2004-cü ildən başlayaraq bu hökm ömürlük azadlıqdan məhrumetmə cəza ilə əvəzələnib.

Xatırladaq ki, hazırda ölkədə barəsində ölüm hökmü çıxarılan 1 nəfər var. “Almatı atıcısı” olaraq tanınan Ruslan Kulekbayev 2016-cı ildə 10 nəfəri güllələyərək öldürmüşdü.