Qazaxıstan tarixini özündə ehtiva edən və 2024-cü ildə nəşr olunacaq “Qədim dövrlərdən bu günədək Qazaxıstan tarixi” adlı kitab müzakirələrə səbəb olub.
Yenicag.az xəbər verir ki, buna səbəb kitabda SSRİ dövrünün mənfi planda veriləcəyidir.
Belə ki, 7 cilddən ibarət kitabda SSRİ tarixinin üzərindən bir daha keçiləcək və quruluşun dövlətçilik, müstəmləkəçilik baxımından mənfi cəhətlərinə diqqət çəkiləcək.
Bununla birlikdə, kənd təsərrüfatı sahəsində baş verən irəliləyişlər də obyektiv şəkildə veriləcək.