Qazaxıstanda gecə şəraitində təlim uçuşu zamanı “Su-27” qırıcısı qəzaya uğrayıb.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb. Pilot təyyarəni yaşayış məntəqəsindən uzaqlaşdırıb və zamanında təyyarədən atıla bilib. Hazırda onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Hadisənin təfərrüatları araşdırılır.
Yenicag.az