Qazaxıstanın cənubunda yerləşən Şimkənddə torpaq uçqunu baş verib.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 3 fəhlə dağıntı altında qalıb.
Fövqəladə Hallar Komitəsinin rəsmi nümayəndəsi Nursultan Nurəhmədovun sözlərinə görə, dağıntılar altında qalan fəhlələrdən biri xilas edilib, ikisi ölüb.