Qazaxıstanda yeni baş nazir təyin olundu

Qazaxıstan parlamenti Alixan Smailovun baş nazir vəzifəsinə təyinatını təsdiq edib.

Yenicag.az bu barədə Qazaxıstan KİV-lərinə istinadən məlumat verir.

Qeyd edək ki. A.Smailovun namizədliyini ötən gün ölkə prezidenti Kasım-Jomart Tokayev irəli sürmüşdü.

Qazaxıstanda ötən həftə başlayan etirazlar fonunda ölkə hökuməti tam heyətdə istefaya göndərilmiş, o zaman baş nazirin birinci müavini və maliyyə naziri olan Alixan Smailov baş nazir vəzifələrini icra etməyə başlamışdı.