!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazaxıstanda yeni toqquşmalar: 5 ölü, 2 yaralı

!Reklam – Yazi

1445380561 (1)Qazaxıstanın Aktobe vilayətində cümə günü keçirilən anti-terror əməliyyatları zamanı beş terrorçu məhv edilib, iki polis əməkdaşı yaralanıb.

Bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Xatırladaq ki, mayın 5-dən etibarən Qazaxıstanın Aktoba vilayətinin eyniadlı inzibati mərkəzi Aktoba şəhərində terrorçulara qarşı əməliyyat keçirilir.

Məlumata görə, naməlum silahlı şəxslər şəhərdə iki silah mağazasına, eləcə də Milli Qvardiyanın hərbi hissəsinə hücum ediblər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hücum edənlərdən biri saxlanılıb, üçü öldürülüb, birisə yaralanıb. Bir neçə cinayətkar isə qaçıb gizlənə bilib. Hazırda onların tutulması istiqamətində əməliyyat aparılır.

Xəbərə əsasən, Aktoba şəhərində “antiterror əməliyyatı rejimi” elan olunub. İyunun 7-i keçirilən əməliyyatlar nəticəsində isə 13 ekstremist öldürülüb, 7 nəfər yaralanıb. 7 cinayətkar isə axtarışdadır.

www.yenicag.az

518
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv