Qazaxıstanda zəlzələ baş verdi

Qazaxıstanda 4,4 bal gücündə zəlzələ olub.

Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmik stansiyalar şəbəkəsi məlumat yayıb.

Zəlzələnin episentri Qazaxıstan ərazisində Almatı şəhərindən 760 km şimal-şərqdə yerləşib.

Təlafat və dağıntı barədə məlumat daxil olmayıb.

COP29