Qazaxıstanda zəlzələ oldu

Qazaxıstanın Almaatı vilayətində 4,4 maqnitudalı zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

“Zəlzələnin episentri Qazaxıstanın Almaatı şəhərindən 108 km şərqdə yerləşib. Zəlzələnin enerji sinfi 9.1-dir”, – məlumatda bildirilib.

Dağıntı və itki barədə hələlik məlumat yoxdur.

 

COP29