Qazaxıstandakı mədəndə baş verən partlayışda ölənlərin sayı artdı

Qazaxıstanın Karaqanda vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış və yanğın nəticəsində həlak olanların sayı 35-ə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Hazırda 35 nəfərin cəsədi tapılıb, onlardan 29-u şaxtadan çıxarılıb, 11 şaxtaçının axtarışları davam edir”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, bundan əvvəl 33 nəfərin öldüyü bildirilmişdi.

Faciə ilə əlaqədar oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub./Azertag/