“Qazaxıstandakı provokasiyalara FETÖ-çü qazaxlar liderlik edir” – ŞOK AÇIQLAMA

Rusiya Dövlət Dumasının deputatı Ruslan Balbek Qazaxıstandakı son hadisələrlə bağlı fərqli iddia səsləndirib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Balbek Qazaxıstanda yaşananları “Fətullahçı” terror təşkilatı (FETÖ) və İŞİD-lə əlaqələndirib.

Balbek, “Hadisələr FETÖ məktəbindən məzun olanlarla İŞİD tərəfindən provokasiya edilir”, – deyib.

Balbek yaxın keçmişdə sözügedən bölgədə FETÖ-nün aktiv fəaliyyətdə olduğunu da diqqətə çatdırıb.