Koronavirus pandemiyasının daha geniş vüsət almasına qarşı mübarizə tədbirləri çərçivəsində Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyinin konsulluq şöbəsi və Almatı şəhərindəki ofisi vətəndaşların qəbulunu müvəqqəti olaraq dayandırıb.
Səfirlikdən Yenicag.az-a verilən məlumata görə, qəbul bundan sonra yalnız Səfirliyin və Səfirliyin Almatı şəhərindəki ofisinin “qaynar xətt” və elektron poçt vasitələri ilə aparılacaqdır.
Azərbaycanın Qazaxıstandakı Səfirliyinin Nur-Sultan şəhərində “qaynar xətt”in əlaqə telefonu və elektron poçtu:
+7 778 000 2838
nursultan@mission.mfa.gov.az
– Səfirliyin Almatı şəhərindəki ofisində “qaynar xətt”in əlaqə telefonu və elektron poçtu:
+7 778 786 4670
almaty@mission.mfa.gov.az
azalmaty@outlook.com