“Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarına kriminalistik ekspertizasında iştirak etməyə icazə verilməyəcək”.
Yenicag.az xəbər verir ki, bunu Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı danışan Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev deyib.
O, Qazaxıstan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən, başqa ölkələrin kriminalistik ekspertizada iştirak etmə hüququnun olmadığını bildirib.
“Lakin onlara təyyarə qəzasını araşdırmağa icazə veriləcək”, – deyə baş nazirin müavini qeyd edib.