Qazaxıstandan möhtəşəm qələbə: “Astana” “Mançester Yunayted”ə qalib gəldi

UEFA Avropa Liqasında V turunda sensasiyalı nəticə qeydə alınıb.

Yenicag.az xəbər verir ki, L qrupunda çıxış edən “Astana” Qazaxıstanda “Mançester Yunayted” üzərində gözlənilməz qələbə qazanıb – 2:1.

Hesabı 10-cu dəqiqədə Cessi Linqard açsa da, 55-ci dəqiqədə Dmitriy Şomko bərabərlik qoluna imza atıb. 62-ci dəqiqədə Bernardın avtoqolu ilə “Astana”nın qələbəsi rəsmiləşib.

Qeyd edək ki, “Mançester Yunayted” 10 xalla qrup lideridir və növbəti mərhələyə vəsiqəni hələ ötən tur təmin edib. “Astana” isə bu qələbə sayəsində 3 xal əldə etsə də, qrupun sonuncusudur.

COP29